Rusiya silahlı qüvvələri Mariupolda blokadaya alınan millətçilərə aprelin 17-də səhər saat 06:00-dan etibarən silahlarını yerə qoymağı təklif edir. Bunu Ukraynadakı humanitar cavab tədbirləri üzrə Rusiya idarələrarası əlaqələndirmə qərargahının rəhbəri, Rusiya Milli Müdafiə Nəzarəti Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev deyib.
“Rusiya silahlı qüvvələri 17 aprel 2022-ci il Moskva vaxtı ilə saat 06:00-dan etibarən millətçi batalyonların yaraqlılarına və əcnəbi muzdlulara istənilən döyüş əməliyyatlarını dayandırmağı və silahlarını yerə qoymağı təklif edir”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Mizintsev TASS-a açıqlamasında bildirib.
General-polkovnikin sözlərinə görə, silahı yerə qoyanların hamısının həyatının qorunub saxlanmasına zəmanət verilir.
Qeyd edək ki, rus saytlarının yazdıdına görə, bundan əvvəl Mariupolda Rusiya və "Donbas Xalq Respublikası" qoşunları Ukrayna hərbi kolonyasının Azovstal zavodunda sıçrayış etmək cəhdinin qarşısını alıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB