Onlar xaricdə yaşayan onlarla israillini fırıldaqçılığın qurbanı ediblər
26 israilli saxlanılıb...

İsrailin Quş Dana yaşayış məntəqəsinin 26 sakini külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında şübhəli bilinərək saxlanılıb. Həbslər İsrail polisi ilə Federal Təhqiqat Bürosunun birgə keçirdiyi gizli əməliyyat çərçivəsində həyata keçirilib.

SİA bu barədə “detaly.co.il” saytına istinad edir.

Saytın yazdığına görə, xaricdə yaşayan onlarla israilli fırıldaqçıların qurbanı olub. Fırıldaqçılıq sxemi hələ açıqlanmayıb, lakin müstəntiqlərin fikrincə, kriminal fəaliyyət “Forex” rəqəmsal valyuta bazarında əməliyyatlar adı altında həyata keçirilib. Bir sıra KİV-lər bunun kriptovalyuta fırıldaqçılığı olduğunu yazır. Ümumilikdə, iş üzrə müttəhimlər qanunsuz olaraq bir neçə on milyon şekel alıblar.

Həbs edilənlərin ofisdə axtarış aparılıb, bütün kompüterlər və rəqəmsal yaddaş daşıyıcıları maddi sübut kimi götürülüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə