“YouTube” videohostinqi heç bir xəbərdarlıq və izahat vermədən “Vaynax” Dövlət Teleradio Yayımları Şirkətinin kanalını bloklayıb.
SİA bu barədə “chechnyatoday.com” saytına istinad edir.
“Vaynax” Dövlət Televiziya və Radio Yayımları Şirkətinin direktoru Ruzana Veselayeva da kanalın öz hesabını videohostinqin irəli sürdüyü bütün tələblərə uyğun olaraq apardığını iddia edərək “YouTube”dan narazılıq ifadə edib:
“...Biz qarşıdan gələn bloklama ilə bağlı heç bir xəbərdarlıq, hər hansı pozuntu barədə məlumat almamışıq. Kanalımızda yayımladığımız videoçarxlarımızda adına Regional İctimai Fondunun verdiyi geniş yardımlardan bəhs etmişik. Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırov Ukraynadan və Donbassdan olan qaçqınlara Çeçenistanda baş verən hadisələri, uğurları və sosial-iqtisadi inkişafı işıqlandırıb, həmçinin hazırda Ukraynada keçirilən xüsusi əməliyyatın kadrlarını obyektiv və həqiqətlə nümayiş etdirib”.
Bunu deyən Veselayeva əlavə edib ki, teleradio şirkətinin kanalının 100 mindən çox abunəçisi olub və yayımlanan videolar milyonlarla baxış qazanıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB