Rusiyalı milyarder Roman Abramoviç Moskva və Kiyev arasında danışıqlar aparan şəxs kimi fəaliyyətini bərpa edib.
Amerikanın “Fortune” nəşri yazır ki, Abramoviç Rusiya ilə Ukrayna arasında “dalana dirənmiş” danışıqlar prosesinin bərpasını müzakirə etmək üçün bir gün əvvəl Kiyevə səfər edib. SİA bu barədə “Obşaya qazeta”ya istinad edir.
Roman Abramoviçin nümayəndəsi RBC-yə müsahibəsində Amerika nəşrinin iş adamının danışıqlar prosesində iştirakı ilə bağlı məlumatını təkzib edib. "Cənab Abramoviç Kiyevdə deyil və bu yaxınlarda orada olmayıb", - sözçü deyib.
Əvvəllər oliqarx dəfələrlə Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçi adlandırılıb, baxmayaraq ki, o, özü bu vəzifədə qeyd olunmamağa üstünlük verir. Bu arada Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Roman Abramoviç Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar zamanı “son dərəcə effektiv” vasitəçidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB