Britaniya Ukraynanı zirehli texnika ilə təmin edəcək

Britaniya Ukraynanı zirehli texnika ilə təmin edəcək

Britaniya hakimiyyəti Ukraynanı silah, o cümlədən zirehli texnika ilə təmin etməyə davam edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra yayılan bəyanatda deyilir.

Baş nazir bildirib ki, o, Ukraynanın gələcək həftələr və aylar ərzində öz suverenliyini müdafiə edə bilməsi üçün müttəfiqləri və tərəfdaşları ilə yaxından işləməyə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə