Zelenski Rusiyaya öz şərtlərini açıqlayır

...bu gün Moskva NATO-nun faktiki olaraq Ukrayna tərəfindən Rusiyaya qarşı vuruşduğunu iddia edir
Zelenski Rusiyaya öz şərtlərini açıqlayır

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Moskva ilə Ukrayna tərəfinin NATO-ya üzv olmaqdan imtina, Krımın statusu məsələsini yalnız hərbi əməliyyatlar dayandırıldıqdan və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarıldıqdan sonra müzakirə etməyə hazır oldoğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

“...İnanıram ki, hər şey normal addımlara bölünməlidir, yavaş, sakit olmalıdır. Anlaşma, təhlükəsizlik zəmanətləri olmalıdır. Danışıb qərar verməliyik. Lakin atəş açılmadan və hərbi texnika geri çəkildikdən sonra”, - deyə Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Ukrayna və Rusiya tərəfinin bu məsələyə baxışları fərqlidir.

Məsələn, Rusiya əvvəlcə neytral status, sonra hərbi texnikanın geri çəkiləcəyini deyir.

Ukrayna prezidenti Rusiya tərəfinin mövqeyini izah edib soruşur: “...sizin burada hərbi texnikanız varsa, bu halda biz hansı statusdan danışa bilərik?”.

Qeyd edək ki, bu gün Moskva NATO-nun faktiki olaraq Ukrayna tərəfindən Rusiyaya qarşı vuruşduğunu iddia edir.

Bundan əlavə Kreml belə hesab edir ki, NATO “Kiyev rejiminin müharibə cinayətlərinə və təkcə Donbassda deyil, bütün Ukraynada mülki insanlara qarşı qəddarlığa görə cəzasız qalacağına inamını dəstəkləyir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə