Hәyatını itirәnlәrin sayı 395 nәfәrә çatıb

Hәyatını itirәnlәrin sayı 395 nәfәrә çatıb

Cənubi Afrika Respublikasının şərqindəki KvaZulu-Natal əyalətində baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayının 395 nәfәrә yüksəldiyi bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu hәftәnin әvvәlindәn etibarәn ölkənin ən böyük şəhərlərindən biri olan Durban və ətrafında yağan leysan yağışları daşqınlar vә torpaq sürüşmәsinә sәbәb olub.

KvaZulu-Natal əyalətininin rәsmisi Sipho Hlomuka daşqınlar nəticəsində indiyәdәk 395 nəfərin öldüyünü bildirib. Daşqınlar nәticәsindә itkin düşәnlәrin sayının müәyyәn edilmәsi istiqamәtindә işlәrin aparıldığı bildirilib. Daşqınlar sәbәbindәn 40 mindәn çox adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı vurğulanıb.

Qeyd edәk ki, tәbii fәlakәt nәticәsindә çox sayda binaya vә mülki infrastruktura ziyan dәyib. Ölkәnin әn böyük hava limanı olan Durban hava limanı fәaliyyәtini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə