Qarqaş BӘӘ ilә Türkiyә arasındakı münasibәtlәri qiymәtlәndirib

Qarqaş BӘӘ ilә Türkiyә arasındakı münasibәtlәri qiymәtlәndirib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlәt başçısı Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın diplomatik mәsәlәlәr üzrә müşaviri Ənvər Qarqaş Türkiyə ilə münasibәtlәri güclәndirmәk istәdiklәrini bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Birləşmiş Ərəb Əmirliklərinin WAM xәbәr agentliyinin yaydığı mәlumata әsasәn, Әnvәr Qarqaş paytaxt Abu Dabidə “Dəyişən dünyamızda təhlükəsizlik və sabitlik” mövzusunda keçirilən konfransda çıxış edib.

Ölkəsinin Türkiyə, İran və ərəb ölkələri ilə əlaqələrini inkişaf etdirmәk istәdiyini bildirәn Ә.Qarqaş qonşusu İrana işarə edərək “BƏƏ qonşu ölkəyə zərər verən baza olmayacaq” deyib.

Ənvər Qarqaş "BƏƏ həmişə İranla olan fikir ayrılıqlarını siyasi vә diplomatik yolla həll etməyə çalışacaq" ifadәlәrini işlәdib.

Sabitlik və rifah mәsәlәlәrinin bölgәdәki ölkәlәri maraqlandıran mövzulardan biri olduğunu deyәn Qarqaş deyib: ‘‘Türkiyә vә İran daxil olmaqla bölgәdәki ölkәlәr arasında dialoq vә әmәkdaşlığın güclәnmәsi üçün regional platformaya ehtiyac var’’

Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin 2021-ci ilin noyabrında Türkiyəyə səfərindən sonra iki ölkə arasındakı münasibәtlәrdә mühüm irəliləyiş əldə olunub.

BƏƏ-nin xarici ticarət üzrə naziri Sani əz-Zuyudi yanvarın 13-də ölkəsinin Türkiyə ilə ticarət həcmini iki və ya üç dəfə artırmağı hədəflədiyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan fevral ayında 10 ildən sonra ilk dəfə BƏƏ-yə rəsmi səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə