Ukrayna Müdafiə Nazirliyi Ukrayna ordusunun bərpa olunmaz itkilərinin ümumi sayının 23 367 nəfər olduğunu bildirib. Agentlik Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə bağlı Ukrayna sənədlərindən ayrı-ayrılıqda məlumatları dərc etməyə başlayacaq,.. ölənlərin öldürüldükləri və dəfn olunduqları yerləri açıqlayacaq.
Bu barədə Müdafiə Nazirliyinin yeni brifinqində deyilir. “Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna ordusunun, Milli Qvardiyanın və gələn xarici muzdluların əsl itkiləri ilə bağlı etibarlı məlumatlara malikdir, Zelenskinin Ukrayna xalqına deməyə qorxduğu. Bu gün bərpa olunmaz itkilər 23 367 nəfər təşkil edir”.
Qeyd edim ki, bu açıqlamanı SİA Rusiya saytlarına istinadən verir. Amma maraqlıdır ki, itkilərlə bağlı Ukrayna saytları öz qaynaqlarına istinad edərək fərqli rəqəmlər təqdim edir.
Belə ki, tərəflər hələ də öz itkilərinin sayını az göstərməkdə davam edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB