Mixail Mizintsev: ‘‘Ukrayna dәhşәtli tәxribata hazırlaşır’’

Mixail Mizintsev: ‘‘Ukrayna dәhşәtli tәxribata hazırlaşır’’

Rusiya Müdafiə Nazirliyi Ukraynanın “Toçka-U” raket sistemindən istifadə edәrәk təxribatlara hazırladığını iddia edib.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev Ukraynaya elan etdiklәri müharibə ilə bağlı açıqlamalar verib.

Kiyev administrasiyasının yeni təxribatlara hazırlaşdığını iddia edən Mizintsev deyib:

"Kiyev administrasiyası Rusiya ordusunun dinc sakinləri öldürərək hərbi cinayətlər törәtdiyini iddia etmәk üçün Kramatorskdakına bənzər dəhşətli təxribata hazırlaşır. Bu məqsədlə Ukrayna Silahlı Qüvvәlәrinin 19-cu briqadası Lazova qәsәbәsindәki vağzala sığınan qaçqınlara ‘‘Toçka-U’’ raketi ilә hücum edәcәk’’.

“Toçka-U” raketlərinin yalnız Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edildiyini ifadə edən Mizintsev Ukrayna rəhbərliyinin beynəlxalq hüquqa hörmət etmədiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə