Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Ukraynadakı proseslәri yaxından izlәdiklәrini söylәyib.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyәnin Kayseri şәhәrindә tәşkil edilәn tәdbirdә çıxış edәn Hukusi Akar deyib: ‘‘Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hər zaman hörmət etdiyimizi ifadә edirik’’.
Hulusi Akar daha çox insan itkisinin qarşısını almaq, sülh və sabitliyin ən qısa zamanda təmin edilməsi üçün atəşkəsin dәrhal elan edilmәsinin vacibliyini vurğulayıb.
Ukraynadakı türklərin və digər mülki şəxslərin təxliyəsi ilә bağlı aparılan işlәrә dә toxunan Hulusi Akar deyib:
"Ukraynadakı vətəndaşlarımızın və mülki şəxslərin bölgədən təhlükəsiz şəkildə təxliyyəsi üçün gəmilər də daxil olmaqla, hər növ dəstəyi verə bilәcәyimizi ifadә etdik. Bundan başqa, gəmilərimizin gedәrkәn humanitar yardım aparması da planlaşdırılmışdı. Digər tərəfdən, Ukraynadakı A400M təyyarələrimiz və ticarət gəmilərimizin geri gәlmәsi çün müvafiq orqanlarla danışıqlar aparırıq’’.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB