Ukraynada həlak olan gürcü döyüşçülərin sayı 7-yə çatıb

Ukraynada həlak olan gürcü döyüşçülərin sayı 7-yə çatıb

Ukraynada davam edən müharibədə daha bir gürcü döyüşçü – Arkadi Kasradze həlak olub. SİA xəbər verir ki, digər döyüşçü Zura Muşukiya isə ağır yaralanıb.

Hər iki hərbçi Luqansk vilayətinin Rubejnı şəhərində gedən döyüşlərdə iştirak edib.

Bununla da Ukraynada hərbi əməliyyatlara Gürcüstandan könüllü qatılaraq həlak olanların sayı 7-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə