Koronavirusa 222 yeni yoluxma qeydə alınıb - GÜRCÜSTANDA

Koronavirusa 222 yeni yoluxma qeydə alınıb - GÜRCÜSTANDA

Gürcüstanda son sutkada koronavirusa 222 yeni yoluxma faktı təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 346 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 652 929 nəfər yoluxub. Onların 1 633 684-ü sağalıb, 16 789-u isə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə