ABŞ dövlət istiqrazlarına investisiyalar azaldılır

Rusiya ABŞ dövlət qiymətli kağızlarına investisiyaları azaltmağa davam edir
ABŞ dövlət istiqrazlarına investisiyalar azaldılır

Rusiya Federasiyasının ABŞ dövlət qiymətli kağızlarına investisiyalarının həcmi fevralda əvvəlki ayla müqayisədə azalaraq 3,753 milyard dollar təşkil edib.

SİA TASS-a istinadən xəbər verir ki, yanvarda bu rəqəm 4,503 milyard dollar olub.

Fevralda Rusiya investisiyalarında uzunmüddətli istiqrazlar 2 milyon dollar, qısamüddətli istiqrazlar 3 milyard 751 milyon dollar təşkil edib. Bir ay əvvəl birinci göstərici eyni, ikincisi isə 4,501 milyard dollar qiymətləndirilirdi.

Xatırladaq ki, Rusiya Federasiyası 2018-ci ilin yazında ABŞ-ın dövlət borcuna investisiyaları kəskin şəkildə azaltmağa başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə