Cozef Bayden administrasiyası ABŞ prezidentinin Ukraynaya səfərinə heç bir hazırlıq görmür.
SİA-nın məlumatına görə, “UNN” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki “Pod Save America” podkastına verdiyi aşıqlamada bildirib.
Onun sözlərinə görə, “...biz hələ ki, prezidentin Ukraynaya səfərini hazırlamırıq”, -deyə Psaki bildirib.
Baydenin digər xarici liderlərin, xüsusən də Böyük Britaniyanın Baş naziri Boris Consonun etdiyi kimi Kiyevə gedə biləcəyi ilə bağlı suala Psaki belə cavab verib: “Consona gəlincə, o, səkkiz saat ərzində qatarla döyüş bölgəsini gəzib. Ukraynanın mərkəzində belə olub. Amma bu, ABŞ prezidentinin planlarında deyil”.
Psaki ABŞ prezidentinin “hər şeyə, o cümlədən müharibə olan ölkəyə getməyə hazır olduğunu” bildirsə də, amma onun hazırda Amerikaya daha çox lazım olduğunu bildirib.
Yeri gəlmişkən, Zelenski ABŞ prezidenti Cozef Baydenə müraciət edərək Rusiyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etməsini istəyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB