Aprelin 16-da gecə yarısından Belarusda Avropa İttifaqında (Aİ) qeydiyyatda olan nəqliyyat vasitələrinin (avtomobil və traktorların) Avrasiya İqtisadi İttifaqının gömrük sərhədindən keçirilməsinə qadağa qoyulur.
SİA-nın əldə etdiyi məlumata görə, 2022-ci il aprelin 23-dək bu məhdudiyyət aprelin 16-dan əvvəl Belarus ərazisinə daxil olan Aİ-də qeydiyyatdan keçmiş avtomobillərə şamil edilməyəcək.
İstisna olaraq bu cür nəqliyyat vasitələrinin müəyyən maneələr vasitəsilə yük əməliyyatları və daşınması üçün xüsusi ayrılmış yerlərə hərəkətinə icazə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB