TİKA İraqda möhtaç ailələrə humanitar yardım paylayıb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən İraqın paytaxtı Bağdadda ehtiyacı olan ailələrə ərzaq yardımı edilib.
TİKA İraqda möhtaç ailələrə humanitar yardım paylayıb

TİKA Bağdad koordinatoru Mustafa Yazıcı bu barədə məlumat yayıb. O: “ TİKA olaraq Bağdadın Şaab bölgəsində DEAŞ terror təşkilatından zərər çəkmiş möhtac ailələrə 6 min ərzaq bağlaması payladıq” deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Mosul, Kərkük, Kərbəla və Nasiriyə şəhərlərində də ehtiyacı olan insanlara ərzaq yardımı çatdıracaqlarını ifadə edən Yazıcı cari ildə ümumilikdə 6 min ailəyə yardım çatdırmağı planlaşdırdıqlarını qeyd edib.

Yazıçının sözlərinə görə Bağdadın Sədr bölgəsində də ehtiyacı olanlara qida yardımı çatdırılıb. Qida yardımı alan iraqlı Um Mustafa Türkiyədən İraqa humanitar dəstəyə görə təşəkkür edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Allahdan cənab prezidentdə və Türk xalqına xoş arzular diləyib.

Yazıçının məlumatına görə TİKA Kamerunda isə qadınlar üçün peşə hazırlığı kursu təşkil edib. 33 Kamerunlu qadına peşə bacarıqları təhsili verilib. Təlim zamanı iştirakçılara tikiş-tikmə, parça boyama, bərbərlik, qrim, informatika, mətbəx və əl işləri kimi bacarıqlar qazandırılıb. Kursları uğurla tamamlayan iştirakçılara sertifikat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə