İndi də deyirlər ki, Ukraynaya silah verməkdə davam edən ABŞ bir azdan özü silahsız qalma riski ilə üzləşəcək. Yəni arsenalında kiməsə “xox” gəlib qorxudmağa heç bir “dayandoldurum” da qalmayacaq
SİA-nın əldə etdiyi məlumata görə, “TASS” xəbər verir ki, bu fikri “Bloomberg”in analitiki Hal Brands bildirib.
Beləliklə, Brands iddia edir ki, Birləşmiş Ştatlar ehtiyatında olan “Javelin” tank əleyhinə sistemlərin guya üçdə birini artıq Ukraynaya ötürüb. Kiyev isə “doymaq” bilmir, ardını istəyir və əgər belə davam etsə, Vaşinqtonun silah “anbarlarıda bir azdan siçanlar oynayacaq”
Deyim ki, bunu mən demirəm, Brandsın dediklərinə istinad edib bildirirəm.
Analitik qeyd edir ki, “dəzgahların, ixtisaslı işçi qüvvəsinin və istehsal gücünün çatışmazlığı” səbəbindən ABŞ-da silah artımı “aylar və ya illərlə çəkə bilər. Onun sözlərinə görə, hərbi yardımın dayandırılması isə Ukrayna ordusunu ölümcül silah çatışmazlığı ilə üzləşdirə bilər. Bu isə ayrı-ayrı dövlətlər tərəfindən ABŞ-ın zəifliyi kimi qəbul edilə bilər. (...Sizi bilmirəm, amma mən başa düşmədim,.. necə yəni...bizdə onu necə deyirlər...arağ içmisən pulunu ver də...-A.B.)
Türklər demiş ...yel ağzından almış Brends onu da deyir ki, “iraq olsun” sabah ABŞ Rusiya və ya Çinlə cəngə qalxsa, bu halda onun arsenalında onlara qarşı istifadə etmək üçün quşatan da ələ gəlməyəcək. Bunu da mən demirəm, Brends deyir, özü də, belə görünür ki, bircə and icməyi qalır...
Hə, yadımdaykən deyim, analitikin fikrincə, indiki vəziyyətdə Qərb ölkələri guya seçim qarşısındadırlar: “Ukraynaya silah tədarükünü artırmaq və ya öz müdafiələri üçün onlara faydalı ola biləcək məhdud ehtiyatlara qənaət etmək”. (Maraqlıdır, deyim ki, bu lap fitilə od vurub sonra aradan çıxmağa bənzəyir-A.B.)
Yeri gəlmişkən, bu arada Yunanıstanın müdafiə naziri Nikos Panagiotopoulos Ukraynaya silah tədarükünü artıq dayandırdığını bildirib. O izah edib ki, Yunanıstanın Ukraynaya daha çox silah göndərməsi onun öz ölkəsinin müdafiəsini zəiflədə bilər.
...Heç yeridir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB