Kiyev onları “insan qalxanı” kimi əlində saxlayır...

Rusiya Müdafiə Nazirliyi: Ukraynada millətçilər 6,2 min əcnəbini girov saxlayır
Kiyev onları “insan qalxanı” kimi əlində saxlayır...

Rusiya Müdafiə Nazirliyi Ukraynada girov saxlanılan əcnəbilərin sayını açıqlayıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rusiyalı general-polkovnik Mixail Mizintsev məlumat verib.

Onun sözlərinə görə, ukraynalı millətçilər 9 ölkədən 6198 xarici vətəndaşı “insan qalxanı” kimi əlində saxlayırlar. Bundan əlavə, 18 dövlətin 76 xarici gəmisi Ukrayna limanlarında blokadadadır. Mizintsev həmçinin vurğulayıb ki, Kiyev hakimiyyəti öz daxili sularında və ərazi dənizində mərmi atma təhlükəsi və yüksək mina təhlükəsi yaradıb, bu səbəbdən gəmilər maneəsiz açıq dənizə çıxa bilmirlər.

Qeyd edək ki, bir müddət bundan əvvəl Mizintsev Rusiya Kiyevin Kramatorskda həyata keçirilən təxribata oxşar mülki əhalinin kütləvi şəkildə məhv edilməsi ilə bağlı təxribat hazırlaması barədə etibarlı məlumatlara malik olduğunu bildirmişdi.

O, yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin Lozovaya kəndindəki dəmiryol vağzalında qaçqınların cəmləşdiyi yerə “Toçka-U” kompleksi ilə zərbə endirəcəyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə