Pyer Rişard Putinə müraciət edib

Pyer Rişard Putinə müraciət edib

Fransalı aktyor və rejissor Pyer Rişard Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Ukraynadakı hərbi əməliyyatı tez bir zamanda dayandırmağı xahiş edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BFM telekanalı məlumat yayıb.

Komediyaçı həm Rusiyanı, həm də Ukraynanı yaxşı tanıdığını bildirib. O, hər iki xalqı sevdiyini də qeyd edib. Bununla bağlı Riçard Vladimir Putin və Ukraynanın daxili işlər naziri Denis Monastırskini münaqişəyə son qoymağa çağırıb.

"Ümid etməkdə davam edirəm ki, bütün bunlar mümkün qədər tez dayandırılacaq" deyə aktyor bildirib.

Nazlı Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə