Cənubi Afrika Respublikasının şərqindəki KvaZulu-Natal əyalətində baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayının 341-ә yüksəldiyi bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu hәftәnin әvvәlindәn etibarәn ölkənin ən böyük şəhərlərindən biri olan Durban və ətrafında yağan leysan yağışları daşqınlar vә torpaq sürüşmәsinә sәbәb olub.
KvaZulu-Natal əyalətininin Baş naziri Sihle Zikalala daşqınlar nəticəsində indiyәdә 341 nəfərin öldüyünü bildirib.
Qeyd edәk ki, tәbii fәlakәt nәticәsindә çox sayda binaya vә mülki infrastruktura ziyan dәyib. Ölkәnin әn böyük hava limanı olan Durban hava limanı fәaliyyәtini dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB