Zelenski: ‘‘Sәkkiz ildә 14 000 ukraynalı öldürüldü’’

Zelenski: ‘‘Sәkkiz ildә 14 000 ukraynalı öldürüldü’’

Ukrayna prezidenti Volodimir Zelenski son 8 ildə Rusiyanın hücumları nəticəsində 14 000 ukraynalının həyatını itirdiyini bildirib.

SİA xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski son videomüraciətində Rusiyanın Ukraynaya qarşı müharibəsinin fevralın 24-də başlamadığını, Rusiya ordusunun 2014-cü ildən bu günə kimi Ukraynaya hücum etdiyini bildirib.

Volodimir Zelenski vurğulayıb ki, Rusiya Krımı ələ keçirərək onu böyük hərbi bazaya, Qara dəniz və Azovu dünyanın ən təhlükəli dənizlərinə çevirib.

Ukrayna prezidenti deyib: "Onlar bizim Donbasda dəhşətli və sonsuz müharibəyə başladılar. Səkkiz il insanlarımızı öldürdülər. Bu müddət ərzində 14 000 adam öldürüldü".

Ukrayna lideri qeyd edib ki, dünya Ukraynaya qarşı edilənlərə səssiz qaldığı üçün Rusiya hərtərəfli müharibəyə başlamaq qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə