Apple baş direktoru Tim Kuk istifadəçiləri App Store-dan kənar proqramlar quraşdırmamağa çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, android əməliyyat sistemi rəsmi mağazadan kənar proqramları quraşdırmağa imkan versə də, iOS-da yalnız App Store-dan proqramlar quraşdırıla bilər.
Bəzi istifadəçilər telefonların proqram təminatını dəyişdirərək Apple-ın bu maneəsini aşa bilərlər. Lakin Apple-ın fikrincə, bu vəziyyət istifadəçilər üçün kifayət qədər təhlükəlidir.
Tim Kuk xəbərdarlıq edib.
Apple şirkətinin baş direktoru Tim Kuk xatırladıb ki, qeyri-rəsmi mənbələrdən proqramlar yükləyən istifadəçilər fırıldaqların qurbanı olmaq riski ilə üzləşirlər.
ABŞ-da keçirilən Qlobal Məxfilik Zirvəsi tədbirində açıqlama verən Apple CEO, “iPhone-da təsdiqlənməmiş tətbiqlərə icazə verməli olsaq, gözlənilməz ciddi nəticələr ola bilər.
Əgər belə bir şeyə icazə versək, məlumat toplayan şirkətlər məxfilik siyasətlərimizdən yan keçə və onların iradəsinə zidd olaraq istifadəçilərimizi yenidən izləyə bilərlər.” Avropa İttifaqı Apple-a təzyiq göstərir.
Apple tətbiq mağazası siyasətləri ilə bağlı qlobal araşdırma altındadır. Aİ Apple-ı App Store-dan kənar proqramların quraşdırılmasına icazə verməyə məcbur edəcək qanun üzərində işləyir.
Apple-ın öz platformasındakı üstünlüklərini təhdid edən və onun tərtibatçılardan komissiya almaq imkanlarını potensial olaraq məhdudlaşdıran bu qanun Apple-ın gələcəkdə arzuolunmaz addımlar atmasına səbəb ola bilər.
Süsən Heydərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB