Cənubi Sudanın 9 milyona yaxın sakini dünya bazarında ərzaqların qiymətinin xeyli qalxması və silahlı qruplaşmaların hərəkətləri səbəbindən ərzaq yardımına kəskin ehtiyac duyur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Sudandakı missiyasının (UNMISS) rəhbəri Nikolas Heysom bildirib.
“Cənubi Sudan əhalisinin üçdə ikisi və ya 9 milyona yaxın insan – bunlardan 4,6 milyonu uşaqdır – sağ qalmaq üçün köməyə ehtiyac duyur. Ərzaq qıtlığı ölkənin müxtəlif bölgələrində hiss olunacaq”, – o Afrika ölkəsinin paytaxtı Cubada keçirdiyi mətbuat konfransında deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB