...Gərək ki, o gün dərdin batmanla gəldiyini xatırlatmışdıq, amma onda dərdi azara bənzətməmişdik. İndi, isə deyəsən, adıya çağırmalı oıcağıq: “...dərd də azar kimi gələndə batmanla gəlir”.
Nə isə uzatmayaq, deməli, Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Qita Qopinat dünyanı, milləti, camaatı... koronavirus pandemiyası ilə bağlı çətinliklərə hazır olmağa çağırıb və səhiyyə sistemlərini dəstəkləmək üçün milyardlarla dollara ehtiyac olacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Qitanın dediklərini “Bloomberg” dünyaya faş edib.
Nəşr onu da bilirib ki, Qopinat çox narahatdır ki, dünyada pandemiyanın gələcək inkişafı üçün müsbət variantlara ümid etdiyi halda, ekspertlər ən pis ssenariləri proqnozlaşdırıblar.
(...deyim ki, bu mənim yadıma M.Ə.Sabirin “...işə bax mən bu təmənnada ikən, başladı şişməyə üzü qara ciyərim” bəndli şerini xatırlatdı. Onu da deyim ki, bu gün dünya qarşıda onu gözləyən qıtlıq barədə düşündüyü halda, milyardlarla dollara qənim kəsiləcək koronavirus pandemiyası da bu yandan baş qaldırır?-A.B.)
Beləliklə, fond bu gün dünya ölkələrini pandemiya ilə mübarizəyə kifayət qədər sərmayə qoymadığını israr edir.
Beynəlxalq Valyuta Fondu böhrandan ümumi itkiləri 13,8 trilyon dollar həcmində qiymətləndirir və pandemiya ilə mübarizə üçün bu il əlavə 15 milyard dollar, bundan sonra isə hər il 10 milyard dollar vəsait tələb olunacağını təxmin edir.
Necə deyərlər, gəl apar ay kasıb...bunu belə yerdə əlindən elə bir iş gəlməyənin biri kimi dedim...yəni... mırta...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB