SİA-nın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Kolumbiyada təhlükəsizlik qüvvələrini daşıyan təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Ölkənin Meta inzibati mərkəzinin Villavicencio şəhərindəki Vanguardia hava limanından qalxan DC-3 tipli təyyarə qalxdıqdan az sonra qəzaya uğrayıb. Hadisə nəticəsində biri ağır olmaqla 12 polis əməkdaşı yaralanıb. Qəza səbəbiylə hava limanının uçuş-enmə zolağı bir müddət sərnişin axınına bağlanıb. Səlahiyyətlilər qəzanın güclü külək səbəbindən yarandığını ehtimal edirlər.
Qəza anını əks etdirən görüntülər sosial mediada paylaşılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB