“Biz silahların kəmiyyət və keyfiyyətini artırmalıyıq...”

“Biz silahların kəmiyyət və keyfiyyətini artırmalıyıq...”

Almaniyanın vitse-kansleri, iqtisadi işlər naziri Robert Habek ölkəsinin Ukraynaya silah tədarükünü davam etdirməli və ixrac maddələrinin keyfiyyətcə dəyişməsi məsələsinin isə NATO çərçivəsində müzakirə edilməsini təklif edib.

SİA bu barədə “TASS”a istinad edir.

Beləliklə, Habekin sözlərinə görə, hazırda Ukraynaya göndəriləcək tədarüklərə ağır tanklar və ya qırıcı təyyarələr daxil olmasa da, lakin döyüş əməliyyatlarının intensivləşməsi o deməkdir ki, biz silahların çatdırılmasının kəmiyyət və keyfiyyətini artırmalıyıq.

Nazirin dediyinə görə, Almaniya bu məsələni Avropa və NATO tərəfdaşları ilə müzakirə edir.

Xatırladaq ki, Almaniya hökuməti hələ fevralın 26-da Ukraynaya ilk silah tədarükünü təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə