“Yeni sanksiyalar Rusiyanı dayandırmayacaq...”

Rusiyadan enerji tədarükünə qoyulan məhdudiyyətlərin artırılması bütün Qərb iqtisadiyyatında inflyasiya problemlərini artıracaq zəncirvari reaksiyaya səbəb olacaq
“Yeni sanksiyalar Rusiyanı dayandırmayacaq...”

"...Ukraynada münaqişənin kəskinləşməsinə cavab olaraq Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyaları ABŞ və Avropaya böyük iqtisadi ziyan vurur. Yeni sanksiyalar Rusiyanı dayandırmayacaq, əksinə Qərb üçün acınacaqlı nəticələrə çevriləcək”.

SİA xəbər verir ki, bu barədə “RİA Novosti” “Business Insider” in məqaləsinə istinadən xəbər verir.

…Moskva Çinlə uzunmüddətli müqavilələr və Hindistandan tələbat sayəsində yanacaq tədarükünü artırdığı üçün Rusiyanın xam neft ixracı artır. (…deyim ki, bir müddət bundan əvvəl SİA da daxil olmaqla bəzi saytlar Hindistanın Rusiya neftindən imtina etdiyi barədə yazılar vermişdi. İndi belə görünür ki, Rusiya neftindən “imtina edən” Hindistan dövləti yox, ölkədəki bəzi neft “ticarətilə” məşğul olan şirkətlərdir. Onlar da, təbii ki, ABŞ-ın təhriki ilə bu “yolu” seçmək məcburiyyətindədirlər…A.B.)

Materialda deyilir ki, Qərb Rusiya Federasiyasından enerji təchizatına qarşı bir sıra sanksiyalar tətbiq etsə də, digər ölkələrdə hələ də Rusiya iqtisadiyyatının bu sektorunu dəstəkləmək üçün kifayət qədər tələbat var.

Məqalədə həmçinin qeyd edilir ki, Avropa İttifaqı ölkələri Rusiyanın enerji təchizatı məsələsində daha yumşaq mövqe tutublar. Maraqlıdır ki, “Business Insider” Avropanın Rusiyadan gələn təbii qaz və neftdən asılı olduğunu və ona görə də idxal qadağası qiymətlərin kəskin sıçrayışına səbəb olacağını etiraf edir.

Nəşrin iddiasına görə, belə bir tədbir yerli inflyasiya ilə bağlı problemləri daha da gücləndirəcək. Bundan əlavə, təbii qaz və xam neftin bir çox istehsal proseslərində əsas rol oynadığını bəyan edən nəşr, ona görə də onlardan imtina etməyin çox riskli olduğunu etiraf edir.

“Business Insider”in qənaətinə görə, Rusiyadan enerji tədarükünə qoyulan məhdudiyyətlərin artırılması bütün Qərb iqtisadiyyatında inflyasiya problemlərini artıracaq zəncirvari reaksiyaya səbəb olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə