Bayden inflyasiyanın artmasında Rusiyanı günahlandırır

Bayden inflyasiyanın artmasında Rusiyanı günahlandırır

ABŞ prezidenti Cozef Bayden Rusiyanı Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatlar səbəbindən dünyada qaz və ərzaq qiymətlərini artırmaqda günahlandırıb.

SİA bu barədə “TASS”a istinad edir.

Amerika liderinin sözlərinə görə, ABŞ-da inflyasiyanın 70 faizi Ukrayna hadisələrindən sonra “boy qaldırıb. “Ukraynada baş verənlər bütün dünyada benzin və ərzaq qiymətlərinin artmasına səbəb oldu. Unudulmamalıdır ki, Ukrayna və Rusiya dünyanın ən böyük buğda istehsalçılarıdır”, - deyə Bayden bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Bayden Konqresi inflyasiya problemini təcili həll etməyə çağıraraq, ölkədəki qiymətləri aşağı salmaq üçün əlindən gələni edəcəyini bildirmişdi.

Onu da bildirək ki, ABŞ prezidenti qiymət artımı ilə bağlı elə də bədbin görünmür. “…Əslində, biz mart ayının inflyasiya məlumatlarının toplanmasından bəri xeyli irəliləyiş əldə etmişik” Bunu da Bayden deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə