Ukrayna Almaniyanı silah tədarükünü tezləşdirməyə çağırıb

Ukrayna Almaniyanı silah tədarükünü tezləşdirməyə çağırıb

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Almaniya kansleri Olaf Şoltsu Kiyevə növbəti silah tədarükü ilə bağlı mümkün qədər tez qərar verməyə çağırıb.

Kuleba vurğulayıb ki, Almaniya əvvəllər silah tədarükünə razılıq versəydi, hərbi əməliyyatların qarşısını almaq olardı.

Nazir yenidən neft idxalına embarqo da daxil olmaqla Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb:

“Almaniya Avropanın aparıcı ölkəsidir. Və biz bu aparıcı rola ümid edirik”.

Yeri gəlmişkən SİA-nın məlumatına görə, Ukraynanın demilitarizasiyası üzrə hərbi əməliyyatlar başlamazdan əvvəl Berlinin Almaniya qanunvericiliyində təsbit olunmuş döyüş bölgələrinə silah ixracından imtina siyasəti yürütdüyünü yada salan rus saytları Almaniya kansleri Olaf Şolzun bu qanunları pozduğunu bildirilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə