Argentinanın paytaxtı Buenos Ayresdə minlərlə insan hökumətdən sosial müavinətləri və məşğulluğu artırmağı tələb edərək nümayiş keçirib.
İctimai və siyasi təşkilatların çağırışı ilə şəhər mərkəzinin müxtəlif nöqtələrində toplaşan izdihamlı qruplar Prezident administrasiyası Casa Rosadanın qarşısındakı May meydanına doğru yürüş ediblər. Əksəriyyəti solçu qruplar olan nümayişçilər inflyasiyanın yüksəlməsindən şikayətlənib, əllərindəki pankartlarla sosial müavinətlərin artırılmasını istəyiblər. Nümayişlər səbəbindən Buenos-Ayresin mərkəzində nəqliyyatın hərəkəti dayandırılıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Prezident Alberto Fernandez yanvarın 28-də ölkəsinin Beynəlxalq Valyuta Fondu (BVF) ilə borcun ödənilməsi barədə razılığa gəldiyini, martın 1-də isə ödənişlərin 2026-cı ildə başlanacağını və 2034-cü ildə başa çatacağını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB