ABŞ dövlət katibi Entoni Blinken böyük ehtimalla Çin hakimiyyətinin gec-tez Ukrayna ətrafındakı vəziyyətlə bağlı seçim etməli olacağını düşünür.
SİA TASS-a istinadən xəbər verir ki, Blinken bunu Miçiqan Universitetinin təşkil etdiyi videokonfrans zamanı deyib.
Dövlət katibi xatırladıb ki, bundan əvvəl Rusiya və Çin birgə bəyanat qəbul ediblər və bu bəyanatda aralarındakı dostluğun “sərhədləri yoxdur” vurğulanır.
“...Düşünürəm ki, bu, indi bu sərhədlərin nə olduğunu yoxlamaq vaxtıdır. Çünki bu gün Çin çıxılmaz vəziyyətdədir”, - deyə ABŞ dövlət katibi bildirib.
Xatırladım ki, Cin dəfələrlə “...siyasətinin digər məsələlərlə yanaşı, BMT Nizamnaməsinə və onun əsasında duran prinsiplərə əsaslandığını” bəyan edib.
Blinkenin sözlərinə görə, bu gün Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına görə “bu prinsiplər indi etiraz edilir”(?).
Buna görə də o hesab edir ki, bu, Çinin dünyadakı nüfuzuna təsir etməyə bilməz.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB