Britaniyada inflyasiya tarixi maksimuma çatıb

Britaniyada inflyasiya tarixi maksimuma çatıb

Böyük Britaniyada inflyasiya 30 illik tarixi maksimuma çatıb.

SİA APA-ya istinadən xəbər verir ki, ölkədə mart ayında inflyasiya 7 faiz təşkil edib.

Belə göstərici son dəfə 1992-ci ilin martında qeydə alınmışdı. İlin əvvəlində göstərici 6,2% idi. Qiymət artımı əsasən ərzaq, nəqliyyat, yanacaq və otelçilik sahələrində müşahidə olunub.

Ofis yaxın dövr üçün də proqnoz verib. Mütəxəssislərin fikrincə, yaxın aylarda inflyasiyada yüksəliş davamlı olacaq. Aprelin ilk günlərindən qiymət artımı hiss olunur. Səbəb enerji daşıyıcılarının bahalaşmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə