BMT Ukraynada ölәn mülki vәtәndaşların sayını açıqlayıb

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn Ukraynada 1932 mülki vәtәndaş hәyatını itirib, 2 589 mülki vәtәndaş yaralanıb, 4 milyon 656 min 509 qaçqın da qonşu ölkәlәrә köçüb.
BMT Ukraynada ölәn mülki vәtәndaşların sayını açıqlayıb

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn Ukraynada 1932 mülki vәtәndaş hәyatını itirib, 2 589 mülki vәtәndaş yaralanıb, 4 milyon 656 min 509 qaçqın da qonşu ölkәlәrә köçüb.

SİA-nın əldə etdiyi məlumata görə, Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığı Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən əldə etdiyi məlumatları paylaşıb.

Açıqlamada 24 fevral-12 aprel tarixləri arasında 4 milyon 656 min 509 qaçqının Ukraynadan qonşu ölkələrə köçdüyü bildirilib.

Açıqlamada Polşaya 2 milyon 669 min 637, Moldovaya 415 min 850, Rumıniyaya 709 min 249, Macarıstana 434 min 342, Slovakiyaya 323 min 20, Belarusa 21 min 292 qaçqının getdiyi bildirilib.

Bu rəqəmlərə əlavə olaraq 21-23 fevral tarixlərində Donetsk və Luqansk bölgәlәrindәn 113 min qaçqının Rusiyaya keçdiyi qeyd edilib.

Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığının sözçüsü Şabia Manto bәzi ukraynalı qaçqınların ölkәlәr arasında sәyahәt etdiyi üçün ümumi rәqәmin yüksәk olduğunu deyib. Yeri gәlmişkәn qeyd etmәliyik ki, Ukraynadan qonşu ölkələrə gedən yüz minlərlə adam oradan digər Avropa ölkələrinə köçüb.

BMT-yə tabe olan Beynəlxalq Miqrasiya Təşkilatı də 7,1 milyon ukraynalının evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını açıqlayıb.

BMT İnsan Hüquqları Şurasının verdiyi bәyanatda 24 fevral-12 aprel tarixləri arasında Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn azı 1932 mülki vətəndaşın həyatını itirdiyi, 2 min 589 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Ölən və yaralanan mülki vәtәndaşların sayının tәsbit edilənlərdən daha çox ola biləcəyi vurğulanıb. BMT Ukraynadakı mülki itkilərlə bağlı yalnız təsdiq edə biləcəyi rəqəmləri açıqlayır. Ukrayna orqanları isә hәyatını itirәn mülki vәtәndaşların sayının daha çox olduğunu bildirir.

Ukrayna Baş Prokurorluğu Rusiyanın hücumları nәticәsindә indiyәdәk 197 uşağın öldüyünü, 351 uşağın da yaralandığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə