Afrikada "Covid-19" yoluxmalarının artması son 16 həftədə azalıb

Afrikada "Covid-19" yoluxmalarının artması son 16 həftədə azalıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının artımının son 16 həftədə azaldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Afrika direktoru doktor Matşidiso Moeti həftəlik mətbuat konfransında bildirib ki, "Covid-19" epidemiyası başlayandan bəri yoluxmaların sayında ən uzun müddətli azalma qeydə alınıb.

Son 16 həftədə yoluxma sayının azaldığını bildirən Moeti 8 həftədir ölüm nisbətində azalma olduğu məlumatını paylaşıb.

Moeti yoluxmaların və ölümlərin azalmasına baxmayaraq, epidemiyaya qarşı diqqətli olunmasının vacibliyi barədə xəbərdarlıq edib və testlərin və peyvəndlərin davam etdirilməsinin vacibliyini dilə gətirib.
Direktor Moeti "Virus hələ də yayılmaqdadır. Yeni variantlar ortaya çıxmağa davam edir. Xəstəliyə cavab vermək üçün ehtiyat tədbirləri vacibdir" deyib.

Pandemiyanın onlayn statistikasını aparan "Worldometers" internet saytına görə, Afrikada virus səbəbiylə həyatını itirənlərin sayı 253 358 nəfərə yüksəlib.

Qitədə yoluxma sayı 11 milyon 816 min 331 olarkən, sağalanlar sayı 11 milyon 53 min 58-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə