Rusiya neftinin bazarı “ölür”..?

Avropa ölkələri Rusiya neftinə mərhələli qadağa tətbiq etmək qərarına gəliblər
Rusiya neftinin bazarı “ölür”..?

Avropa İttifaqı ölkələri Rusiya neftinə mərhələli qadağa qəbul etmək qərarına gəliblər ki, bu da Almaniyaya və birliyin digər üzvlərinə alternativ tədarükləri təşkil etmək üçün vaxt verəcək.

SİA-nın məlumatına görə, rus saytları bu barədə “New York Times” mənbələrə istinadən yazır.

Avropa İttifaqı rəsmilərinin dediyinə görə, indi ittifaq Rusiya neftinə oxşar mərhələli qadağa qəbul edəcək. Bu yanaşma Almaniyaya, xüsusən də alternativ təchizatçılar axtarmaq üçün vaxt vermək məqsədi daşıyır.

Mənbənin bildirdiyinə görə, embarqo Fransada aprelin 24-də keçiriləcək seçkilərin yekun mərhələsindən tez olmayaraq müzakirə olunacaq, çünki yanacağın qiymətlərində mümkün artım onların nəticələrinə təsir edə bilər.

Mənbədən onu bildiriblər ki, hazırda müzakirə olunan Rusiyadan neftə qoyulan qadağanın bir hissəsi ən azı bir aylıq keçid dövrünü əhatə edəcək.

Hələ ki, əldə olunan məlumatlara görə, aprelin əvvəlində yerli yanacağa tələbat azaldığından Rusiya neft hasilatı son iki ilin minimum səviyyəsinə düşüb.

Rusiyanın Yanacaq-Enerji Kompleksi üzrə Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, aprelin 1-dən 6-dək ölkədə orta hesabla gündəlik 10,52 milyon barel neft hasil edilib ki, bu da mart ayının eyni dövrü ilə müqayisədə 4,5 faiz azdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə