İşğal altındakı İordan çayının qərb sahilindəki vəziyyət təhlükəli, həssas və hər an partlayacaq həddə çatıb. Bu qeyri-sabitliyin yeganə məsulu İsraildir. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Fələstin prezident administrasiyasının sözçüsü Nabil Əbu Rudeyne deyib.
Sözçü İordan çayının qərb sahilindəki Nablus və Beytləhm şəhərlərində İsrail qüvvələrinin açdığı atəş nəticəsində iki fələstinlinin həlak olması ilə bağlı verdiyi açıqlamada: “İsrail hər gün fələstinliləri öldürür, gərginliyi artırır və sabitliyi pozur. İsrailin təxribatçı siyasəti gərginliyi artırmaqda davam edir. Elə ki vəziyyət daha həssas, təhlükəli və partlayacaq həddə çatıb. İsrail işğalçı qüvvələri hər gün Fələstin xalqına qarşı nəzarətsiz cinayətlər törədir. İlin əvvəlindən bu yana 37 Fələstinli şəhid olub. Yəhudi köçkünlərin də törətdiyi cinayətlər var”.
Beynəlxalq ictimaiyyəti qınama siyasəti ilə kifayətlənməməyə çağıran Əbu Rudeyne beynəlxalq legitimlik qərarlarının həyata keçirilməsini tələb etdiyini bildirib.
Qeyd edək ki, İsrail ordusunun mart ayının əvvəlindən başlatdığı nəzarət və geniş yoxlamalar səbəbilə işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə gərginlik pik həddinə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB