Ukrayna: 9 humanitar dəhlizlə bağlı razılıq əldə olundu

Ukrayna: 9 humanitar dəhlizlə bağlı razılıq əldə olundu

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bu gün mülki şəxslərin təxliyyəsi üçün 9 humanitar dəhlizlə bağlı razılığın əldə olunduğunu açıqlayıb.

SİA xəbər verir ki, Vereşçuk "Telegram" hesabından etdiyi paylaşımda münaqişə bölgələrindəki mülki şəxslərin 9 dəhlizdən keçərək təhlükəsiz bölgələrə daxil ola biləcəyini bildirib.

Mariupol, Berdyansk, Tokmak və Enerqodardan Zaporojyaya keçmək istəyənlərin ancaq şəxsi avtomobilləri ilə çölə çıxa bildiklərini bildirən Vereşçuk təxliyə üçün Severonodetsk, Lisiçansk, Popasna və Rubijne şəhərlərinə və Qornoe stansiyasına avtobuslar göndərəcəklərini qeyd edib.

Vereşçuk bəyan edib ki, Rusiya qoşunları atəşkəs əldə edərsə, Luqansk vilayətindəki dəhlizlər işləyəcək.
Xatırladıq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə