Rusiya İsveç və Finlandiyanı hələ də hədələyir

Ruslara görə, Baltikyanı ölkələr üçün hər hansı qeyri-nüvə statusundan söhbət gedə bilməz
Rusiya İsveç və Finlandiyanı hələ də hədələyir

"...Əgər İsveç və Finlandiya NATO-ya daxil olarsa, o zaman Rusiya regionda müdafiəsini bu ölkələrlə sərhəddə nüvə silahlarını yerləşdirməklə gücləndirməli olacaq”.

Ukraynanaın “UNN” saytı “Reuters”ə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. SİA bu barədə Ukrayna saytına istinad edir.

“...Baltikyanı ölkələr üçün hər hansı qeyri-nüvə statusundan söhbət gedə bilməz – tarazlıq bərpa olunmalıdır”, deyən Medvedev “...Rusiya indiyədək belə tədbirlər görməyib və görməyə də hazırlaşmır”-deyə əlavə edib.

Bundan başqa rusiyalı siyasətçi “...əgər İsveç və Finlandiya NATO-ya daxil olarsa, o zaman Rusiya hərbi balansı bərpa etmək üçün Baltik dənizində quru, dəniz və hava qüvvələrini yenidən gücləndirəcəyini bildirib.

O, hətta Rusiyanın Kalininqrad vilayətinin yerləşdiyi “nüvəsiz” əraziləri yeni sulahları ilə təmin edəcəyini də bildirib.

Xatırladaq ki, çərşənbə günü, aprelin 13-də İsveç və Finlandiyanın baş nazirləri Maqdalena Anderson və Sanna Marin ölkələrinin NATO-ya daxil olma imkanlarını müzakirə etmək üçün görüşdülər.

Qeyd edək ki, Sanna Marin ölkəsi- Finlandiya üçün Alyansa qoşulmaq barədə qərarını aylar deyil, həftələr içində verməyi planlaşdırır. Onun həmkarı isə İsveçin 2022-ci ilin iyununda NATO-ya üzv olmasını istəyir.

...Təbii ki, bunlar da rusları qane etmir və niyəsinə də cavabları...nə qədər desən...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə