Prezident Ərdoğan Yüksəkovada əsgərlərlə iftar yeməyi yedi

Prezident Ərdoğan Yüksəkovada əsgərlərlə iftar yeməyi yedi

Prezident Rəcəb Tayyib Ərdoğan, terrorla mübarizə əməliyyatlarında mühüm uğurlara imza atan Hakkarinin Yüksekova rayonundakı 3-cü Piyada Diviziya Komandanlığında iftar yeməyinə qatılıb.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Ərdoğan iftar yeməyi əvvəlində yeməkxananın girişində əsgərləri salamlayıb. Özünü müşayiət edən Milli Müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSK) komandirləri ilə dualar oxuduqdan sonra əsgərlərlə birlikdə iftar yeməyi yeyib.

Prezident Ərdoğan sosial media hesabından paylaşdığı açıqlamada: “Bu axşam Yüksekova 3-cü Piyada Diviziya Komandanlığında Türk Silahlı Qüvvələrimizin dəyərli üzvləri ilə, Mehmetçikimizlə iftar süfrəsində idik. Allah bütün əsgərimizdən razı olsun, qatıldıqları bütün mübarizələrdə zəfər qazanmağı nəsib etsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə