Bunlar, deyəsən, dayanmaq fikrində deyillər...
Beləliklə, Avstraliya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar olaraq yenidən Rusiyanın bu dəfə 14 şirkət, müəssisə və təşkilatına qarşı iqtisadi sanksiyalar tətbiq edib.
SİA-nın “rambler”dən əldə etdiyi məlumata görə, bu barədə Avstraliya Daxili İşlər Nazirliyinin cümə axşamı yayılan məktubunda bildirilir.
Deməli, Avstraliya bu dəfə Rusiyanın yanacaq-energetika şirkətləri olan “Qazprom”, “Qazprom Neft” və “Transneft”, avtomobil və mühərrik istehsalçısı olan “Kamaz”, almaz hasilatı şirkətləri qrupu olan “Alrosa”, “Ruselectronics” holdinq , “Rostelecom” PJSC və “RusHydro” və s. qarşı sanksiyalar tətbiq edib. Deyim ki, bu siyahının hamısı deyil.
Onu da qeyd edim ki, bundan əlavə, bu günə qədər Avstraliya 500-dən çox Rusiya və Belarus vətəndaşına, o cümlədən iki ölkənin prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edib.
Rusiyanın bir sıra iri müəssisə və təşkilatlarına qarşı iqtisadi məhdudiyyətlər, o cümlədən silah və komponentlərin, xammal və neft - qaz hasilatı üçün avadanlıqların ixracına, habelə Rusiyadan enerji, silah idxalına qadağalar elan edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB