ABŞ Müdafiə naziri Lloyd Ostin dediyinə görə, bir həftədən artıqdır ki, o rusiyalı həmkarı Sergey Şoyqu ilə əlaqə yaratmağa çalışsa da, bu uğursuzluqla nəticələnir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Qeyd edək ki, Pentaqon rəsmisi yaşananlara rusların maraq göstərməməsini, onların “biganəliyini” xüsusi qeyd edıb.
Qeyd edək ki, bundan əvvəl də Pentaqon rəhbəri özü Şoyqu ilə əlaqə saxlamağın mümkünsüzlüyündən danışmışdı. Onun sözlərinə görə, Müdafiə Nazirliyi fevralın ortalarından etibarən əlaqəni kəsib.
Həmçinin Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov da həmkarı ilə əlaqə saxlamır.
Xatırladaq ki, Şoyqu və Ostin sonuncu dəfə fevralın 18-də zəngləşiblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB