Böyük Britaniya Rusiyadan çuqun və polad idxalına qadağa qoymağı planlaşdırır. Müvafiq akt bu gün, aprelin 14-də ölkə parlamentində qəbul ediləcək.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, u barədə “UNN” Britaniya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatına istinadən xəbər verir.
“...Sabahdan biz Rusiya dəmir və poladının idxalını, həmçinin Putinin çox ehtiyac duyduğu kvant texnologiyaları və qabaqcıl materialların ixracını qadağan edirik. Biz Putinin döyüş maşınını dayandırmaq üçün öz missiyamızda dayanmayacağıq”.
Qeyd edək ki, bunu Britaniyanın xarici işlər naziri Liz Truss bildirib.
Dəmir və poladdan əlavə, Rusiyaya kvant texnologiyaları, müasir materiallar və dəbdəbəli malların ixracı da qadağan ediləcək.
Bu tədbirlər Rusiya Federasiyasının əsas gəlir mənbələrinə yönəlib və Kremlin hərbi ambisiyalarını puça çıxarmaq məqsədi daşıyır.
Yeri gəlmişkən bildirək ki, London rusiyapərəst deputat Medvedçuka və L/DPR-nin 200-ə yaxın tərəfdarına qarşı sanksiyalar tətbiq edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB