“Moskva”nı “Bayraktar” yandırıbmış?

“Moskva”nı “Bayraktar” yandırıbmış?

Rusiyanın “Moskva” raket kreyserinin atəşə tutulması nəticəsində gəmidə yanğın baş verib. Qeyd edək ki, bu barədə cümə axşamı, aprelin 14-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

SİA bununla bağlı “RİA Novosti” yə istinad edir.

Verilən məlumatda gəmiyə ciddi ziyan dəydiyi də bildirilir. Ekipajın tam tərkibdə təxliyəsi barədə də məlumat verilir. Hazırda yanğının səbəbləri araşdırılır.

Verilən digər məlumatda kreyser Rusiya Qara Dəniz Donanmasının flaqmanı olduğu da bildirilir. Nikolaevdəki gəmiqayırma zavodunda hazırlanan və 29 il əvvəl istifadəyə verilən kreyser əvvəllər “Slava” (“Şöhrət”) adlanırmış.

Bu arada, yəni aprelin 12-də Rusiya hərbi idarəsi “Admiral Essen” freqatının Krım sahillərində Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz təyyarəsini vurduğunu da bildirib.

...Məlum olur ki, “Moskva”nı elə “Bayraktar” yandırıbmış.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə