TSQ terror təşkilatlarına ardıcıl zərbələr endirir

TSQ terror təşkilatlarına ardıcıl zərbələr endirir

İraqın şimalında daha 3 terrorçu zərərsizləşdirilib.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Türk silahlı qüvvələrinin İraqın şimalında həyata keçirdikləri “pencə Kaplan” əməliyyatı nəticəsində terrorçulardan təmizlənmiş ərazidə separatçı terror təşkilatı PKK üzvü 3 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən yayılan açıqlamada Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı terror yuvalarını məhv etməyə davam etdiyi vurğulanıb. Açıqlamada həmçinin qəyd edilib ki, “Pencə Kaplan” bölgəsində yerləri müəyyənləşdirilən separatçı terror təşkilatı PKK üzvü 3 terrorçu zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə