“PoliticoPro” mənbələrə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Cozef Baydendən Ukraynaya yeni hərbi yardım paketinə helikopterlərin daxil edilməsini istəyib.
SİA “rambler”ə istinadən xəbər verir ki, Baydenin Zelenski ilə söhbəti zamanı Ukrayna prezidenti helikopterlərin yeni hərbi yardım paketinə daxil edilməsini də istəyib. Amerika Birləşmiş Ştatlarının Prezidenti bu tələbi təmin etməyə razılıq verib
Qeyd olunur ki, ABŞ daha əvvəl yeni hərbi yardım paketinə helikopterləri daxil etməyi planlaşdırmırdı. Aprelin 13-də məlum olub ki, ABŞ prezidenti Cozef Bayden Ukraynaya təxminən 750 milyon dollar dəyərində əlavə silahların verilməsinə icazə verəcək. Tədarük edilən avadanlıqlar arasında digər silahlarla yanaşı pilotsuz təyyarələr, haubitsalar və mümkün kimyəvi hücumlardan qorunma vasitələri də var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB