Kot-d İvuarın baş naziri istefaya gedib

Ölkənin yerli mətbuatının verdiyi məlumata görə...
Kot-d İvuarın baş naziri istefaya gedib

Kot-d İvuarın (Fil Dişi Sahili) baş naziri Patrik Açi tutduğu vəzifədən istefa verib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, ölkənin yerli mətbuatının verdiyi məlumata görə, baş nazir Patrik Açi Nazirlər Kabinetinin iclası zamanı istefa ərizəsini prezident Alassane Uattaraya təqdim edib.

Prezident gələn həftə yeni baş nazir və yeni hökuməti elan edəcək.

Xatırladaq ki, Patrik Açi 2021-ci il martın 26-da sələfi Hamed Bakayokonun ölümündən sonra baş nazir təyin olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə