“Sülh üçün ən çox çalışan ölkə hər iki tərəflə danışa bilən Türkiyədir”

Fevralın 24-dən Rusiyanın Ukraynaya qarşı başladığı müharibə və son hadisələrlə bağlı yerli radioya verdiyi müsahibədə L.Maio deyib...
“Sülh üçün ən çox çalışan ölkə hər iki tərəflə danışa bilən Türkiyədir”

İtaliyanın xarici işlər naziri Luici di Maio bildirib ki, Ukrayna-Rusiya müharibəsində sülh üçün ən çox çalışan ölkə Türkiyədir. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Fevralın 24-dən Rusiyanın Ukraynaya qarşı başladığı müharibə və son hadisələrlə bağlı yerli radioya verdiyi müsahibədə L.Maio deyib: “Tərəflərin rədd etməsinə baxmayaraq, diplomatiyanı sürətləndirmək üçün çalışılmalıdır. Əsas yol diplomatiyadır.

Avropa İttifaqı (Aİ) sülh konfransını təşkil etməlidir. Atəşkəsdən əvvəl bu konfransa təşviq etmək lazımdır.

Sülh üçün ən çox çalışan ölkə hər iki tərəflə danışa bilən Türkiyədir.

İtaliya və Rusiya rəsmiləri arasında bəzi çəkişmələr yaşandı. Amma rəsmi Moskva hər zaman açıq kanallarının olduğunu bildirdi.

Vladimir Putinin maliyyə qaynaqları sanksiyalarla kəsilməzsə, Rusiya prezidenti bu müharibəyə davam edəcək və qalib gələcəyi düşüncəsi ilə masa arxasında oturmaq fikrinə düşməyəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə