Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Rusiya ilə NATO arasındakı qarşıdurmadan çəkindirmək üçün kifayət qədər “ağıllı qüvvələrə” malik olacağına ümid etdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” məlumat yayıb.
Beləliklə, Zaxarovanın sözlərinə görə, Rusiya eskalasiyanın qarşısını almaq üçün həmişə mümkün olan hər şeyi edib. Bununla belə, nazirlik səlahiyyətlisi qeyd edib ki, amma eskalasiya Qərbdən gəlir. Yəni “silah təchizatı, silahların vurulması, maddi dəstək, tam siyasi, ideoloji və mənəvi kart-blanş”...bunların hamısını Ukraynaya Qərb verir.
Qeyd edək ki, bir müddət bundan əvvəl Xarici İşlər Nazirliyi sözçüsü Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin hələ ki, dayandırılmadığını, nümayəndə heyətlərinin onlayn əlaqə saxlamaqda davam etdirdiklərini bildirmişdi.
O daha sonra əlavə edib deyib ki, Moskvanın Kiyevə qarşı bütün ilkin tələbləri danışıqların gündəmində olduğu kimi qalır. Yaxşı nədir bu ilkin tələblər? Buyurun, bir də tanış olun:
-Ukraynanın neytrallığının təmin edilməsi,
-respublikanın demilitarizasiyası və deazifikasiyası,
-rus dilinin statusunun bərpası,
-Krımın Rusiya ərazisi, Donbassın isə müstəqil respublika kimi tanınması.
...Ayə, sonra da bunlar NATO-nu Rusiyanın “üstünə gəlməməsi” üçün Qərbə minnətçi düşürlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB