"..Mən şadam ki, Putin möhkəmlik və beynəlxalq hüquqa sadiqlik nümunəsi göstərir..(?)”.
...Bu dəfə Fransa prezidentliyinə namizəd, qatı millətçi Marin Le Pen özünü “rus aşiqi” kimi göstərməyə çalışıb. Ermənisevər olduğu bəlli olan bu xanım bu dəfə rusların şəninə mədhiyyəlik edir. Yuxarıdakı fikirlər də ona məxsusdur. Nə bilmək...əslində nə desən ola bilər. Hazırkı prezident Emmanuel Makronla aralarındakı səs fərqi elə də böyük deyil: 27,84- 23,15.
Deyim ki, bu gün Fransada da xeyli sayda rus miqrant kimi yaşayır və təbii ki, əksəriyyəti də səsvermə hüququna malıkdir. Yəni aprelin 24-də keçiriləcək səsvermənin ikinci turunda Le Penə köməkləri dəyə bilər.
“…Rusiya modeli Amerika modelinə iqtisadi alternativdir. Biz birlikdə strateji maraqlarımızı daha yaxşı qoruya və dolların hədsiz imtiyazlarına əsaslanan dünya maliyyə sisteminə qarşı mübarizə apara bilərdik”.
Qeyd edim ki, bu fikirləri də bir müddət bundan əvvəl Marin Le Pen səsləndirmişdi. Təbii ki, ruslar belə xanımı “sevməyib, neyləsin”?
...Deməli, bu gün isə Fransa prezidentliyinə namizəd xanım başqa tezislə gəlib. Belə ki, “BFM” televiziya kanalına müsahibə verən Le Pen Krımı hələ də rus hesab etdiyini və Ukraynaya səfər qadağasına görə peşman olmadığını bildirib
“...Mən heç peşman deyiləm, çünki Krımın statusu ilə bağlı qərar referendumda qəbul edilib”. Qeyd edim ki, SİA bu barədə “TASS”a istinad edir.
Beləliklə siyasətçi xanım qeyd edib ki, o, yaxın vaxtlarda Ukraynaya getməyəcəyini bildirib. (...deyim ki, mən onun bu gün Ukraynada bu qədər həsrətlə gözlənildiyini heç bilmirdım-A.B.) Bununla belə, o, seçiləcəyi təqdirdə qadağanın aradan qaldırılacağına və Ukraynaya səfər edəcəyinə ümid etdiyini bildirib.
Le Pen həmçinin bildirib ki, Ukrayna münaqişəsi bitənə qədər Rusiyaya da səfər etməyi planlaşdırmır.
Bundan əlavə, prezidentliyə namizəd 2014-cü ildə Krımda “keçirilən” referendumundan sonra qəbul edilən sanksiyaların Rusiyaya zərər verməsədə, amma fransız fermerlərinə təsir etdiyini etiraf edib.
Onu da bildirim ki, Le Pen Ukraynanın Avropa Birliyinə üzv ola biləcəyinə də inanmadığını bildirir. Onun fikrincə, avropalılar Ukraynanı Avropa İttifaqında görmək istəmirlər. Yəni Kiyevə verilən ümidlər fifalodur.
Yeri gəlmişkən xatırladım ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Nəticədə hazırkı prezident Emmanuel Makron 27,84 onun əsas rəqibi Marin Le Pen isə 23,15 faiz səs toplayıblar.
Yuxarıda dediyimiz kimi, Makron və Le Pen aprelin 24-də keçiriləcək səsvermənin ikinci turunda yenidən görüşəcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB